Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “OPEC-in qərarı olmasaydı, ABŞ hasilatı daha çox artıracaqdı”

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, OPEC tərəfindən dünya bazarında tələb və təklif balansının pozulmaması üçün belə bir qərarın verilməsi gözlənilən idi

Natiq Cəfərli: “OPEC əvvəlki qərarı ilə bazarın bir qismini itirməyə başladı”
“OPEC-in hasilatın artırılması ilə bağlı qərarı gözlənilən idi”. Bunu Sputnik Azərbaycan-a Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı əldə olunan razılığı şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, OPEC-in 2016-cı ilin oktyabrında hasilatın azaldılması ilə bağlı qərarından sonra, bu qərarı imzalamayan ölkələr, xüsusilə də ABŞ və Kanada hasilatı sürətlə artırırdılar: 

“Bunun nəticəsi olaraq OPEC ölkələri və Rusiya bazarın bir qismini itirməyə başladı. Əgər indiki şəraitdə hasilatın artırılması baş verməsəydi, ABŞ tərəfindən hasilatın daha çox artmasını görə bilərdik. Həm bazarı itirməmək, həm də dünya bazarında tələb və təklif balansının pozulmaması üçün belə bir qərarın verilməsi gözlənilən idi”.

Ötən həftə Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı əldə olunan razılaşmanı Azərbaycan da dəstəkləyib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0