Kamran Əsədov

Kamran Əsədov: “Publik hüquqi şəxsə çevrilmə təhsilin keyfiyyətini artıracaq”

148
(Yenilənib 11:04 20.06.2018)
Təhsil eksperti Kamran Əsədov deyir ki, təhsil səviyyəsi ən yaxşı olan ölkələrdə ali təhsil və orta müəssisələri dövlət tərəfindən maliyyələşmir

Kamran Əsədov: “Bu, Azərbaycan üçün gecikmiş bir qərardır”
Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib. 

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, əslində, bu, Azərbaycan üçün gecikmiş bir qərardır:

“Bu gün dövlət siyasətini həyata keçirən təhsil müəssisələri büdcədən asılı formada fəaliyyət göstərirlər. Onların maliyyə müstəqilliyinə malik olmaması bəzi hallarda inkişafa çox ciddi mənfi təsir göstərir. Çünki onlar hər hansı bir layihə həyata keçirmək istəyərəkən hər hansı yuxarı orqanın razılığını aldıqdan sonra bunu  gerçəkləşdirə bilərlər. Dünyanın inkişaf etmiş ölkələrində yanaşma tərzi fərqlidir. Təhsil səviyyəsi ən yaxşı olan ölkələrdə ali təhsil və orta müəssisələri dövlət tərəfindən maliyyələşmir. Sadəcə olaraq dövlət öz sifariş etdiyi kadrların maliyyələşməsini həyata keçirir. İdarəetmədə publik hüquqi şəxs çalışacaqlar ki, daha çox təhsil xidmətləri göstərsinlər. Bu, təhsil və idarətmə formasının dəyişməsi deyil. Burada mexanizm ondan ibarətdir ki, onlara maliyyə ayrılmayacaq. Təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi təhsilin keyfiyyətini artıracaq”.

Qeyd edək ki, dəyişikliklər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan prezidentinin 2018-ci il 28 fevral tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

148
Председатель общественного объединения «Борчалы» Залимхан Мамедли

Siyasi şərhçi: “Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir”

8
(Yenilənib 08:29 30.10.2020)
“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyir ki, Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır
Zəlimxan Məmmədli: “Çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Sputnik Azərbaycan-a deyir ki, hazırki İvanaşvili komandası hakimiyyətə maksimalist şüarlarla gəlib:

“Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır. Hazırda Gürcüstanda ciddi proseslər gedir. Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir. O baxımdan çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm. “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan”ın qələbə qazanacağını düşünmək olar. Normal demokratik seçkilərin keçirilməsi mövcud hakimiyyətin yeni komanda formalaşdırmasına mane ola bilər”.

Zəlimxan Məmmədlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Sədrəddin Soltan

Ekspert İran prezidentinin xüsusi nümayəndəsinin regiona səfərini şərh edir

190
(Yenilənib 10:06 29.10.2020)
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır
Sədrəddin Soltan: “İran torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb”

İran prezidentinin xüsusi nümayəndəsi Abbas Əraqçı Qarabağ münaqişəsini müzakirə etmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, Qarabağ münaqişənin həllində İranın yeri yoxdur: “İranın əvvəlki və indiki davranışları onu ədalətli vasitəçi olacağına kölgə salır. Bu ölkə torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb. Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır. İran maşınları səhərdən axşamacan Ermənistana ərzaq yanacaq daşıyır. Əraqçının Bakı səfəri məntiqsiz olacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Sədrəddin Soltannın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

190
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

0
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

0