Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev

Qida Təhlükəsizliyi Agentliyi yoxlamaların məqsədini açıqladı

150
(Yenilənib 14:33 10.06.2018)
Mansur Piriyev deyir ki, agentlik mayın 22-dən sahibkarlıq subyektlərində və qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb

Mansur Piriyev: “Monitorinqlərdə məqsəd sahibkarları mövcud qanunverici baza ilə tanış etməkdir”
Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına başlayacaq. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev Sputnik Azərbaycan-a deyir ki, agentliyin əsasnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli ilə bağlı olaraq, bu işlərə iyulun 1-dən başlanacaq: 

“Agentlik mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin məqsədi odur ki, iyulun 1-nə qədər sahibkarları mövcud qanunverici baza ilə tanış edək, onların maariflənməsi üçün müəyyən məlumatları çatdıraq. Artıq 20-yə yaxın sahibkarlıq subyektlərində monitorinqlər olub. Bundan sonra onlara elektron qeydiyyat izah olunacaq. İyulun 1-dən isə həmin o subyektlərdə monitorinqlərdən əlavə olaraq məhsulların sertifikatlaşdırılması prosesinə başlanılacaq”.

Qida Təhlükəsizliyi Agentliyi Prezidentin fərmanına uyğun olaraq qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir.

150
Adil Qeybulla, həkim

Professor: “Karantin rejiminin gələcəyi insanların davranışından asılı olacaq”

86
(Yenilənib 10:38 02.07.2020)
Professor, həkim Adil Qeybulla deyir ki, əgər qaydalara riayət olunmasa, daha böyük sayda yoluxmalar qeydə alınacaq
Adil Qeybulla: “Hazırda tətbiq edilən karantin rejiminin sadəcə adı var”

“Azərbaycanda iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün təkliflər var. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, hazırda tətbiq edilən karantin rejiminin sadəcə adı var:

“Belə bir rejimi uzatmağın mənası yoxdur. Ya karantin rejiminə ciddi şəkildə əməl olunmalıdır, ya da bu məsələ artıq yekunlaşmalıdır. Karantinin uzanması insanların davranışlarından asılıdır. Təəssüflər olsun ki, bu qədər yoluxmanın qarşısında hələ də inanmayanlar, qaydalara riayət etməyənlər var. Bundan sonrakı vəziyyət insanların davranışından asılı olacaq. Əgər qaydalara riayət olunmasa, daha böyük sayda yoluxmalar qeydə alınacaq. Bunun nəticələrini də özünüz proqnozlaşdırın”.

Adil Qeybullanın geniş şərhinə auidofaylda qulaq asa bilərsiniz

86
Teqlər:
həkim, Azərbaycan, karantin
Əlaqədar
Əli Əsədov müşavirə keçirdi: rəhbərlər qarşısında yeni tələb qoydu
Polis sabahdan nəzarəti daha da gücləndirəcək: icazəni də kameralar "yoxlayacaq"
Bakıda COVID-19 testi müsbət çıxan kişini mağazada tutdular
"Masonların oyunu": Maskanı masqaraya qoyub, koronanı bihörmət edənlər...
Bakıdakı polis postları niyə yığışdırılır?
Xalq yazıçısı Natiq Rəsulzadə

Xalq yazıçısı: “Efirdə çıxış edən insanların işlətdiyi sözlər tamaşaçıda təəccüb doğurur”

33
(Yenilənib 10:26 01.07.2020)
Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, Azərbaycan dilinin norma və qaydaları hər yerdə, xüsusəndə KİV-lərdə kobud şəkildə pozulur
Natiq Rəsulzadə: “Qaydalarının pozulmasına görə tətbiq ediləcək cərimələrin tərəfdarıyam”

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, prezidentin dövlət dilinin qorunması ilə bağlı qanunu imzalaması vaxtında atılmış addımdır:

“Azərbaycan dilinin norma və qaydaları hər yerdə, xüsusəndə KİV-lərdə kobud şəkildə pozulur. Efirdə çıxış edən insanların istifadə etdikləri söz və ifadələr izləyicidə təəccüb doğurur. Azərbaycan dilinin təmizliyinin qorunması zəruridir. Dil qaydalarının pozulmasına görə tətbiq ediləcək cərimələrin tərəfdarıyam”.

Natiq Rəsulzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

0
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

0