Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert dolların bahalaşmasından danışdı

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, dolların bahalaşması bütün valyutalara təsir göstərəcək

Elşən Bağırzadə: “Lirənin ucuzlaşması təkcə Türkiyə iqtisadiyyatı ilə bağlı deyil”
“Türk lirəsinin ucuzlaşmasının Azərbaycan manatına ciddi təsiri olacağını düşünmürəm”. Bunu Sputnik Azərbaycan-a son günlər türk lirəsinin ucuzlaşmasının ölkəmizə təsirlərini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib.

“Türk lirəsinin ucuzlaşması təkcə Türkiyə iqtisadiyyatı ilə bağlı olan məsələ deyil. ABŞ iqtisadiyyatında ciddi infilyasiya olacağı gözləntiləri var.  Bu da dünya bazarında ABŞ-da inflyasiya ilə mübarizə üçün faiz dərəcələrinin yüksəldiləcəyi ehtimalı var. Bu səbəbdən də inkişaf etməkdə olan bazarlardan valyutanın çıxışı müşahidə olunur. Önümüzdəki dövrdə dünya bazarında ABŞ dollarının dəyərlənməsi gözlənilir. Bu isə nəinki Azərbaycan manatına bütün valyutalara təsir göstərəcək. Ona görə də bunu bir başa türk lirəsi ilə bağlamaq doğru deyil”.

Qeyd edək ki, son günlər türk lirəsinin ABŞ dolları qarşısında sürətlə ucuzlaşması müşahidə edilir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0