Firdovsiyyə Əhmədova

Tarixçi: “AXC olmasaydı müstəqil Azərbaycan olmazdı”

250
(Yenilənib 11:24 30.05.2018)
Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyir ki, AXC-nin 23 aylıq mövcudluğu ərzində Azərbaycanın ictimai, siyasi həyatında, dövlətçiliyin müxtəlif sahələrində təməl addımlar atıldı

Firdovsiyyə Əhmədova: “Azərbaycan cümhuriyyət prinsiplərindən əl çəkmədi”
“Azərbaycan torpaqlarının bir araya gətirilib dövlət kimi mövcudiyyətində cümhuriyyət öz töhfəsini verdi”. Bunu Sputnik Azərbaycana tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyib. O bildirib ki, əgər Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, bu gün biz müstəqil Azərbaycan respublikası kimi mövcud ola biləcəkdikmi sualına yox cavabı verə bilərik:

“Azərbaycan 100 il ərzində cümhuriyyət prinsiplərindən əl çəkmədi. AXC-nin 23 aylıq mövcudluğu ərzində Azərbaycanın ictimai, siyasi həyatında, dövlətçiliyin müxtəlif sahələrində təməl addımlar atıldı. O dövrdə parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Bütün bunlara baxmayaraq parlament siyasi etika və Azərbaycan dövlətinin maraqlarını gözləməklə peşəkarcasına qanunvericilik fəaliyyəti göstərirdi. Belə bir ağır situasiyada Azərbaycan hökuməti fəaliyyətini strateji məsələlər üzərində qurmuşdu. Ən vacib sahələr üzrə mütəxəssis ehtiyacını ödəmək üçün 100 tələbə xaricə ali təhsil almağa göndərilmişdi. Bütün bu məsələlərə asanlıqla nail olunmayıb”.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Tarixçi-alimin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

250

Professor: “Kripto valyutaya etibar yoxdur ən etibarsız valyutadır”

11
(Yenilənib 11:17 20.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağı təsəvvür edilmirdi
Professor: “Kripto valyutaya etibar yoxdur və ən etibarsız valyutadır”

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib. Müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a  deyir ki, kripto valyutaların dövriyyə buraxılması elektron pulların dövriyyəyə buraxılması kimi qiymətləndirilmişdi:  “Prosesin bu cür sürətli davam etməsindən sonra kimsə kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağını təsəvvür etməzdi. Bu gün kripto valyutanın nə üçün dövriyyəyə buraxılması qeyri-müəyyəndir. Hazırda kripto valyutaların milli valyutalara təzyiqi olduğunu qeyd etməliyik. Mənim fikrimcə kripto valyutaya etibar yoxdur və bu ən etibarsız valyutadır. Çünki onu dövriyyəyə buraxan tərəf üzərinə hər hansı məsuliyyət götürmür”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov

Qismət Gözəlov: “Media sahəsində əməkdaşlıq vacib istiqamətdir”

12
(Yenilənib 21:23 15.04.2021)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyir ki, indiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb
Qismət Gözəlov: “Bu sahənin nə qədər vacib olmasına Vətən müharibəsində şahid olduq”

“Türk Şurası Media və İnformasiya nazirləri və qurum rəhbərlərinin 3-cü iclasının Bakıda keçirilməsi təşəbbüsü təşkilata sədrlik edən Azərbaycan tərəfindən irəli sürülmüşdü”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.

“Məqsəd üzv ölkələr arasında işbirliyi mexanizmini daha da möhkəmləndirməkdən ibarət idi. İndiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb. Ümumiyyətlə media sahəsində əməkdaşlıq üzv ölkələr üçün vacib istiqamətdir. Bu sahənin nə qədər zəruri və vacib olmasına 44 günlük Vətən müharibəsində şahid olduq. Düşünürəm məhz bunun nəticəsi idi ki, iki ölkə arasında media platforması quruldu. Digər tərəfdən də məqsəd məhz bu əməkdaşlıq ruhunu, bu dinamizmi digər ölkələr arasında da inkişaf etdirməkdən ibarətdir. İclasın yekunlarına gəlincə isə, üzv ölkələrimiz arasındaki mövcud əməkdaşlıq mexanizmi daha da gücləndirilərək, Koordinasiya Şurası yaradıldı, 2021-2022-ci illər üzrə Fəaliyyət Planı qəbul edildi” – deyə Qismət Gözəlov bildirib.

Qismət Gözəlovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Pulun sayması, arxiv şəkli

Rəqəmsal manat iqtisadiyyatımıza verəcək

5
Millət vəkili deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın yaradılması istiqamətində işlərə başlayıb. Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə analiz və tədqiqat işləri görülür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hazırda bir sıra ölkələrdə rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb. Bu, yeni çağırışlardır. O baxımdan Mərkəzi Bank tərəfindən bu çağırışlara uyğun olaraq tədqiqatların aparılması və növbəti dövrdə Azərbaycanda da rəqəmsal valyutanın yaradılması ilə bağlı işlərin genişləndirilməsi məqsədəuyğun olardı. Mərkəzi Bank bir neçə il öncə ilk dəfə olaraq kriptovalyutaların, o cümlədən bu istiqamətdəki texnologiyanın öyrənilməsi və rəqəmsal valyutanın işlənmə imkanlarının təyin edilməsi məsələlərini öz pul-kredit siyasətinə daxil edib. Bu da ondan xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı da müasir çağırışlara uyğun olaraq gələcəkdə Azərbaycanda rəqəmsal milli valyutanın yaradılması imkanlarını nəzərdən keçirir".

Deputat bildirib ki, rəqəmsal valyutaya növbəti illərdə ehtiyacın olacağı gözlənilir: "Azərbaycanda müasir çağırışlara uyğun olaraq rəqəmsal valyutanın yaradılması istiqamətində Mərkəzi Bank öz işlərini davam etdirməlidir. Bu da vacib məqamlardan biridir. Hazırda bəlkə də rəqəmsal valyutanın yaradılmasına ciddi ehtiyacın olmadığı görünə bilər. Amma növbəti dönəmdə və xüsusən də növbəti illərdə rəqəmsal valyutaya ehtiyac daha yüksək olacaq. O baxımdan Mərkəzi Bankın da məhz bu çağırışlara hazır olması olduqca vacibdir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə rəqəmsal valyutanın emissiya edilməsi və dövriyyəyə buraxılması artıq zərurətdir: "Çünki dünya iqtisadiyyatında mövcud olan trendlər və çağırışlar valyuta emissiyası baxımından rəqəmsallaşmanı vacib edir. Biz görürük ki, pul kütləsinin effektiv idarəolunması ilə bağlı rəqəmsal texnologiyalar olduqca mütərrəqi yanaşmaları göstərir. Bu prosesdən Azərbaycanın kənarda qalması ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyi baxımından ciddi problemlərə səbəb ola bilər. Burada ən önəmli məqam odur ki, bu valyutanın tətbiq edilməsi xaotik şəkildə olmamalıdır, dövlət bunu effektiv idarəetməlidir".

"Məhz dövlətin effektiv şəkildə emissiya və idarə etdiyi rəqəmsal valyuta ölkədə investisiyaların kəskin şəkildə artırılmasına, bu investisiyaların təyinatı üzrə dəqiq və effektiv istifadə olunması üçün şəraitin yaradılmasına xidmət edə bilər. Ona görə də mütləq şəkildə rəqəmsallaşma valyuta emissiyası baxımından reallaşdırılmalıdır. Bu, şəffaflığa və operativliyə xidmət edəcək. Müəyyən çağırışlar var və bu çağırışlar onunla bağlıdır ki, tədricən rəqəmsallaşmaya doğru maliyyə infrastrukturun inkişafı iş yerlərinin müəyyən qədər müxtəlif seqmentlər üzrə azalmasına səbəb ola bilər. Eyni zamanda kibertəhlükəsizlik ilə bağlı müəyyən problemlər çıxa bilər. Amma bu problemləri həll etmək mümkündür", - deyə professor əlavə edib.

5