Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili: “1918-ci ildə millətin şərəf və ləyaqəti xilas edildi”

© Sputnik / Murad OrujovMillət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fəzail İbrahimli deyir ki, 1918-ci ilin 28 mayında elan olunmuş İstiqlal bəyannaməsi millətimizin tarixi addımı idi

Fəzail İbrahimli: “Cümhuriyyətin atdığı hər addım böyük maneələrlə qarşılaşırdı”
“Savadsız, ali təhsili olmayan, mart soyqırımının müsibətlərini yaşayan məmləkətin bir qrup ziyalısı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan etdi”. Sputnik Azərbaycanın məlumatına görə, bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə keçirilən dəyirmi masada millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili qeyd edib ki, o dövrün çətin şərtləri altında 1918-ci ilin 28 mayında elan olunmuş İstiqlal bəyannaməsi millətimizin tarixi addımı idi: 

“Həmən gün millətin şərəf və ləyaqəti xilas edildi. AXC-nin yaranması Tiflisdə elan olunmuşdu. Bunu elan edənlərin ölkəsində ermənilər, daşnak-bolşeviklər at oynadırdı. Cümhuriyyətin atdığı hər addım böyük maneələrlə qarşılaşırdı”.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0