Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Kriptovalyutanın hüquqi bazası hazırlanmalıdır”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, bir çox ölkələrdə kriptovalyutanın hüquqi tərəflərinin necə tənzimlənməsi sual altındadır

Müslüm İbrahimov: “Kriptovalyuta ilə həyata keçirilən əməliyyatlar səmərəlidir”
“Hər kəs kriptovalyuta ilə əməliyyat apara bilər”. Bunu Sputnik Azərbaycan-a kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması təkliflərini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

O bildirib ki, hazırda Azərbaycnada kripto valyuta ilə aparılan əməliyyatlar mərkəzləşmiş şəkildə həyata keçirilmir: “Digər ölkələrdə bu məsələlər müzkirə olunur. Çünki kripto valyuta maliyyə sistemində dəyişikliklərə səbəb olur. Onun vergiyə cəlb olunması üçün isə hüquqi bazası hazırlanmalıdır. Hazırda bir çox ölkələrdə kripto valyutanın hüquqi tərəflərinin necə tənzimlənməsi sual altındadır. Bu gün kripto valyuta ilə həyata keçirilən əməliyyatlar daha səmərəlidir”.

 Bakıda keçirilən “Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik” konfransında çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəətin vergiyə cəlb edilməli olduğunu bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0