Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Gənclər Rusiya ali məktəblərində təhsil almaqda maraqlıdır”

© Sputnik / Murad Orujovtəhsil eksperti Etibar Əliyev
təhsil eksperti Etibar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, bu universitetlərə qəbul yüksək müsabiqə əsasında həyata keçirilir

Etibar Əliyev: “Rus bölməsində oxumuş şəxslər bu filiallarda oxumağı seçirlər”
“Hazırda gənclər Azərbaycanda fəaliyyət göstərən Rusiya ali məktəblərinin filiallarında təhsil almaqda maraqlıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

Ekspert bildirib ki, bu ali təhsil müəssisələri çox nüfuzlu universitetlərin filiallarıdır: “Bu universitetlərə qəbul yüksək müsabiqə əsasında həyata keçirilir. Onların diplomu da hər iki ölkə tərəfindən tanınır. Azərbaycanda çox sayda rus bölməsi olan məktəblər fəaliyyət göstərir. Həmin məktəblərin məzunları həm yerli universitetlərin rus bölməsində, həmçinin bu filiallarda ali təhsil almağı seçirlər”.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir. Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, MDBƏU-da Azərbaycan vətəndaşlarının təhsil alması üçün üç yer ayrılıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0