“ASAN xidmət”in sədri Ülvi Mehdiyev

Ülvi Mehdiyev: “Əcnəbilər 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək”

172
(Yenilənib 12:08 17.05.2018)
“ASAN xidmət”in sədri Ülvi Mehdiyev deyir ki, Heydər Əliyev Hava Limanında “ASAN viza”nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir

Ülvi Mehdiyev: “Yeni sistem insan amilini tamamilə aradan qaldırır”
“Əcnəbilər terminallara yaxınlaşaraq, pasport məlumatlarını yükləməklə maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “ASAN xidmət”in sədri Ülvi Mehdiyev deyib.

“Yeni sistemin fərqi insan amilinin tamamilə aradan qaldırılmasındadır. Hazırda Heydər Əliyev Hava Limanında “ASAN viza”nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir. Əcnəbi rüsumu “online” və ya banka yaxınlaşıb ödəyə bilər. Aeroportda sistem necədirsə, biz də eyni qaydada işləyəcəyik, yəni viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır” — deyə o bildirib.

“ASAN Viza” portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud  elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

“ASAN xidmət”in sədri Ülvi Mehdiyev geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

172
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

26
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

26
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

33
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0