Bariatrik cərrah Aslan Abdulla

Cərrah: “İnsan piylənirsə, mədə onun nəyinə lazımdı?”

303
(Yenilənib 15:48 12.05.2018)
Bariatrik cərrah Aslan Abdulla deyir ki, bu piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır

Aslan Abdulla: “Bariatrik əməliyyat üçün müraciət edən 10 xəstədən 8-ni geri göndəririk”
Son zamanlar mədə kiçiltmə əməliyyatı dünya ölkələri ilə yanaşı Azərbaycanda da geniş vüsət alıb. İndi artıq çəkili insanlar dieta və idman etmədən, daha asan yolla —mədələrini kiçiltdirməklə arıqlamaq istəyirlər.

Bariatrik cərrah Aslan Abdulla Sputnik Azərbaycan-a deyir ki, piylənmə bir xəstəlik olduğu üçün müalicə taktikaları var və mədə kiçiltmə əməliyyatı da onlardan biridir. O bildirib ki, bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır: 

“Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır. Bu gün bizə müraciət edən 10 xəstədən 8-ni geri göndəririk. Çünki həqiqətən də mədəsinin kiçilməsinə ehtiyac olan xəstələri əməliyyat edirik. Belə insanlara başqa yolla kömək etmək mümkün deyil”.

Bariatrik cərrah Aslan Abdullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

303
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

22
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22

Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”

27
(Yenilənib 16:36 16.10.2020)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər
Vasif Əliyev: “Yaralı əsgərlərimizə tibbi diqqəti artırmaq üçün insanlar sağlam olmalıdır”

“Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır:

“Son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır. Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Yumşalma o demək deyil ki, biz virusun olduğunu unutmalıyıq, əksinə indi daha da diqqətli olmalıyıq” – deyə o bildirib.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

27
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

0
(Yenilənib 07:58 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə