CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüqar Əliyev: “Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının əsasını qoyub”

© Photo : STRVüqar Əliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini
Vüqar Əliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyir ki, Heydər Əliyevin istər 1969-cu ildə, istərsə də 1993-cü ildə hakimiyyətə gəlməsi ilə gördüyü işlər Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir

Vüqar Əliyev: “Heydər Əliyev çox taleyüklü məqamlarda siyasi olimpə yüksəlib”
“Heydər Əliyevin gördüyü bu işlərə görə onun adı tariximizə qızıl hərflərlə yazılıb”. Sputnik Azərbaycan-ın məlumatına görə bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib.

O bildirib ki, bu günlərdə ölkəmizdə və dünyanın müxtəlif yerlərində Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbirlər keçirilir:

“Keçirilən bu tədbirlərdə Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü nəhəng işlər xatırlanır, onun dövlətçiliyimizin formalaşması və inkişafında gördüyü işlər bir daha təhlil olunur. Heydər Əliyevin istər 1969-cu ildə, istərsə də 1993-cü ildə hakimiyyətə gəlməsi ilə gördüyü işlər Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. O Azərbaycanın siyasi həyatında çox taleyüklü məqamlarda siyasi olimpə yüksəlib. Onun qəbul etdiyi qərarlar, gördüyü işlər Azərbaycanın uğurlu inkişafının əsasını qoyub”.

Vüqar Əliyevin geniş şərhinə audiofyalda qulaq asa bilərsiniz

Xəbər lenti
0