Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İsrail İrana hücum edə bilərmi – politoloq şərhi

© Sputnik / Murad Orujovpolitoloq İlqar Vəlizadə
politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, sazişin ortaya çıxmasında rol oynamış tərəflər yenidən ortaq məxrəcə gəlməlidirlər

İlqar Vəlizadə: “Hər iki tərəf müharibənin yaradacağı riskləri yaxşı başa düşür”
“İsrail və İran arasındakı gərginlik obyektiv şəkildə inkişaf edən proseslərə mənfi təsir edir”. Bunu İsrail və İran arasında yenidən yaranmış nüvə silahı gərginliyini Sputnik Azərbaycan-a şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

Politoloqun fikrincə, İranla bağlanmış nüvə sazişinə əvvəlki kimi digər iştirakçılarla birgə baxılmalıdır: “Sazişin ortaya çıxmasında rol oynamış tərəflər yenidən ortaq məxrəcə gəlməlidirlər. Burada pərakəndə şəkildə fəaliyyət göstərmək doğru olmaz. Hazırda tərəflərin maraqları üst-üstə düşmür. Bu da sazişi sual altında qoyur. Bütün bu gərginliklərə baxmayaraq, İsrailin İrana hücum edəcəyini düşünmürəm. Hər iki tərəf müharibənin yaradacağı riskləri yaxşı başa düşür”.

Qeyd edək ki, bir neçə gün əvvəl Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Xəbər lenti
0