Namiq Cəbrayılov

“Sən supersən!” layihəsinin azərbaycanlı təmsilçisi təəssüratlarını danışdı

130
(Yenilənib 18:56 04.05.2018)
Gənc müğənni Namiq Cəbrayılov deyir ki, ilk dəfə belə bir müsabidə çıxış etdiyim üçün həyəcanlı idim

Namiq Cəbrayılov: “Bundan sonra da hər şey daha yaxşı olacaq”
Gənc müğənni Namiq Cəbrayılov “Sən supersən!” vokal layihəsində iştirakı ilə bağlı təəssüratlarını “Sputnik Azərbaycan”-a danışıb.

O bildirib ki, ilk dəfə belə bir müsabidə çıxış etdiyi üçün çox həyəcanlı olub: “Çıxış etməyə qorxurdum. Pis-yaxşı özümdə güc tapıb çıxış etdim. Bu layihənin təşkilatçılarına təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra hər şey daha yaxşı olacaq. Hər şey hələ qabaqdadır”.

NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb. Bu müsabiqədə valideyn qayğısından məhrum olan istedadlı uşaqlar – uşaq evlərinin, internat-məktəblərin yetirmələri, eləcə də ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülmüş uşaqlar iştirak edir.

130
Ekspert  İlqar Orucov

Ekspert: "Qəbul imtahanlarında yumşalmaların olması arzu olunan idi"

1
(Yenilənib 19:11 25.09.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi
İlqar Orucov: “İmtahanları taleyi ilə bağlı narahatlıqlar var idi”

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, builki qəbul imtahanları qeyri-ənənəvi dövrə təsadüf etdi:

“Pandemiyanın davam etməsi səbəbindən imtahanları taleyi ilə bağlı narahatlıqlar var idi. Amma DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi. Düşünürəm ki, pandemiyanın insanlarda yaratdığı gərginliklə bağlı olaraq yumşalmaların olması arzu olunan idi, ancaq DİM bunu etmədi”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1

Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”

42
(Yenilənib 15:53 24.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib
Samir Dübəndi: “Şəhər otelləri pandemiya zamanı çətinliklər yaşadı”

“Hətta sərt karantin dövründə belə otellərin fəaliyyətinə qadağa qoyulmamışdı. Otellər məcburiyyət qarşısında qalıb fəaliyyətini dayandırmışdı”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycan turizmi son illər gəlmə turizmi istiqamətində uğurlar qazanıb:

“Lakin pandemiya şəraitində bu mümkün olmadığı üçün turizm sektoru ziyan çəkib. Xüsusən də şəhər otelləri bu baxımdan çətinliklər yaşayır. Sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib. Uzun müddət sərt karantin rejimində yaşamış insanlar istirahət zonalarına üz tuturlar. Məhdudiyyətlərin götürülməsi başa çatmış yay mövsümünü turizm üçün bir qədər də uzatdı. Ona görə də hazırda həftə sonları bölgələrdə yerləşən turizm mərkəzlərində boş yerlər tapmaq çətindir”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

42
 Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Nazirliyin əməkdaşı koronavirusdan öldü

0
(Yenilənib 18:46 25.09.2020)
ETSN-in rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli məlumatarı açıqlayıb.

BAKI, 25 sentyabr — Sputnik. Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 işçisi koronavirusa yoluxub. Bir nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-in rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

O qeyd edib ki, yoluxan şəxslər xəstəxanada və ev şəraitində müalicəsini bitiriblər.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?