Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Azərbaycan enerji resurslarının istehsalını artırmaq imkanı qazanıb”

Abunə olmaq
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, BP kimi şirkətlərin prosesə cəlb edilməsi təkcə investitsiya cəlb olunması baxımından deyil, eyni zamanda innovasiyaların cəlb edilməsi üçün vacibdir

Vüqar Bayramov: “Azərbaycan investitsiya yatırımı baxımından cəlbedici ölkədir”
“Azərbaycanla BP arasında yeni müqavilənin imzalanması Xəzərdə neft hasilatının artırılması məqsədi daşıyır”. Bunu SOCAR və BP arasında imzalanmış yeni pay bölgüsü müqaviləsini Sputnik Azərbaycan-a şərh edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, burada məqsəd BP-nin iştirakı ilə daha çox neftin dünya bazarına çıxarılmasını təmin etməkdir: “Yeni anlaşmada enerji resurslarının istehsalı nəzərdə tutulur. Nəticədə Azərbaycan BP-nin investisiyasını cəlb etməklə enerji resurslarının istehsalını artırmaq imkanı qazanacaq. BP kimi şirkətlərin prosesə cəlb edilməsi təkcə investisiya cəlb olunması baxımından deyil, eyni zamanda yeni innovasiyaların cəlb edilməsi üçün vacibdir. Azərbaycan və BP arasında əməkdaşlığın modeli müəyyən olunub. Azərbaycan investisiya yatırımı baxımından cəlbedici ölkədir”.

Aprelin 26-da Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri çərçivəsində Azərbaycan Respulikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalanıb.

Xəbər lenti
0