Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sarqsyandan sonra Türkiyə-Ermənistan münasibətlərində nə dəyişəcək – politoloq şərhi

© Sputnik / Murad OrujovПолитолог Тофик Аббасов
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Ermənistanda hakimiyyətə gələcək qüvvələr sağlam təfəkkürlə proseslərə yanaşıb, sərt mövqelərindən imtina etməlidir

Tofiq Abbasov: “Qafqaz bölgəsində işğalçılıq siyasəti qəbul edilməzdi”
“Bundan sonra Türkiyə-Ermənistan münasibətləri Ermənistandakı hakim elitanın davranışlarından asılı olacaq”. Bunu politoloq Tofiq Abbasov Ermənistandakı hadisələrin Türkiyə-Ermənistan münasibətlərinə təsirini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Politoloq deyir ki, Azərbaycan və Türkiyə Ermənistana öz sözlərini dediyi üçün hazırkı şəraitdə hər hansı dəyişiklik gözlənilmir: 

“Azərbaycan və Türkiyə Ermənistanın lazımsız hədələri önündə eyni mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu problemin vəziyyətin məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür. Serj Sarqsyan bu baxımdan yarıtmaz siyasətçiyə çevrildi. O, məsələləri başlayıb separat şəkildə inkişaf etdirmək istəyirdi. Həmin o separatçılıq meyli prosesi başlanğıc mərhələsində boğdu. Azərbaycan və Türkiyənin mövqeyi göstərdi ki, Qafqaz bölgəsində işğalçılıq siyasəti qəbul edilməzdir. Ermənistanda hakimiyyətə gələcək qüvvələr sağlam təfəkkürlə proseslərə yanaşıb, sərt mövqelərindən imtina etməlidir. Nə Azərbaycan, nə də Türkiyə bundan sonra Ermənistana güzəştə gedən tərəf olacaq”.

Qeyd edək ki, mart ayında Ermənistan tərəfi 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokollardan imtina edib. Həmin sənədlərdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri ümumi şəkildə əks olunmuşdu.

Xəbər lenti
0