Flora Kərimova

Flora Kərimova “Sən supersən!”-nin Azərbaycan təmsilçisi haqqında danışır

179
(Yenilənib 14:49 27.04.2018)
Xalq artisti Flora Kərimova deyir ki, Səməd Novruzovun səsinin imkanları onu gələcəkdə sənətkar deyə çağırmağa imkan verir

Flora Kərimova: “Xalqımız bu səsin keşiyində durmalıdır”
“Mən istərdim ki, Səməd sənət yolunda keşməkeşlərlə üzləşməsin”. Bunu Sputnik Azərbaycan-a "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsinin azərbaycanlı təmsilçisi Səməd Novruzov haqqında danışarkən Azərbaycanın xalq artisti Flora Kərimova deyib. 

Xalq artisti qeyd edib ki, Səməd Novruzovun səsinin imkanları onu gələcəkdə sənətkar deyə çağırmağa imkan verir: “İstedadı Allah verir. Xalqımız bu səsin keşiyində durmalıdır. Hər bir səs, istedad dəstəyə və sevgiyə möhtacdır”.

Qeyd edək ki, NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan “Sən supersən!” Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb. Azərbaycan təmsilçisi Səməd Novruzov layihədə iştirakını artıq başa çatdırıb. 

179

Ekspert: “Ölkə iqtisadiyyatını qorumaq üçün ciddi addımlar atılacaq”

4
(Yenilənib 09:46 08.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, dövlət büdcəsinə ediləcək dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək
Fuad İbrahimov: “Azərbaycan pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb”

Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bütün dünyada olduğu kimi Azərbaycan da koronavirus pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb:

“Ölkələr iqtisadiyyatı qorumaq üçün monetar və fiskal addımlar atırlar. Azərbaycanda da bununla bağlı olaraq dövlət büdcəsində müəyyən düzəlişlərin aparılacağı gözlənilir. Amma ölkə başçısının da qeyd etdiyi kimi, bu dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Müslüm İbrahimov

Professor: “ABŞ-Çin razılaşması bütün dünya üçün önəmlidir”

87
(Yenilənib 10:31 07.08.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, qlobal-siyasi və daxili siyasi proseslər iki ölkənin münasibətlərinə təsir edir
Müslüm İbrahimov: “Pandemiyanın davam etməsi situasiyanı daha da çətinləşdirib”

ABŞ və Çinin iki ölkə arasındakı artan gərginlik səbəbiylə birinci mərhələ ticarət razılaşmasına yenidən baxılacağı bildirilib. ABŞ Ticarət Nümayəndəsi Robert Laythayzer və Çin Baş nazirinin müavini Liu He tərəfindən həyata keçirilən birinci mərhələ sövdələşməsinə dair danışıqların razılaşma canlı yayımlandıqdan altı ay sonra, 15 avqust və ya ətrafında reallaşacağı bildirilib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar ABŞ-Çin ticarətində disbalansın yaranması ilə nəticələnəcək:

“Pandemiyanın davam etməsi situasiyanı daha da çətinləşdirib. Bu faktor iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Qeyd etməliyik ki, hazırda bu iki ölkənin münasibətləri yaxşı deyil. Münasibətlərə qlobal-siyasi və daxili siyasi proseslər təsir edir. Ticarət razılaşması çərçivəsində keçiriləcək görüşlər tək Çin və ABŞ üçün deyil, eyni zamanda bütün dünya üçün önəmlidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

87
Gənələr

zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

0
Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir. 

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur. 

0
Əlaqədar
Koronavirusu spreylə dayandıracaqlar
Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Ultrabənövşəyi şüa koronavirusu öldürür
Spirt və xlor ən effektiv vasitədir