Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: “Azərbaycanda gənc nəslin nümayəndələri cəsarətlə önə çəkilir”

© Photo : Facebook / Aydın MirzəzadəАйдын Мирзазаде
Айдын Мирзазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə deyir ki, gənc kadrların təyinatı onlara ehtiyac olduğunu, onların potensialından həmişə istifadə ediləcəyinə verilən yaxşı bir mesajdır

Aydın Mirzəzadə: “Azərbaycanda cəmiyyətin bütün potensialından istifadə olunur”
“Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin yeni təyinatlarını dəstəkləyir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin son təyinatlarını Sputnik Azərbaycan-a şərh edərkən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, yeni təyinatlarda iki xətt əsas rol oynayıb:

“Birinci xətt odur ki, hökumətdə artıq o vəzifələrdə çalışmış yaşlı və orta nəslin nümayəndələri var. Eyni zamanda gənc nəslin nümayəndələri də cəsarətlə önə çəkilir. Bu, bir daha onu göstərir ki, cəmiyyətin bütün potensialından istifadə olunur. İkinci xəttə isə odur ki, yeni təyin olunmuş şəxslər cəmiyyət tərəfindən tanınır və əvvəl çalışdıqları sahələrdəki müsbət xidmətlərinə görə daha yüksək vəzifələrə təyin olunublar. İnanırıq ki, yeni təyinatlar ölkə qarşısındakı çox böyük vəzifələrin yerinə yetirilməsində əsaslı rol oynayacaq. Gənc kadrların təyinatı onlara ehtiyac olduğunu, onların potensialından həmişə istifadə ediləcəyinə verilən yaxşı bir mesajdır”.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0