İlqar Vəlizadə

Politoloq: “Sarqsyanı əvəzləyən qüvvələr daha radikaldır”

279
(Yenilənib 10:29 25.04.2018)
Politoloq İlqar Vəlizadə deyir ki, indiki iqtidarı əvəz edən qrupun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var

İlqar Vəlizadə: “Proseslərin sonraki gedişatında müsbət gözləntilərə ümid etmək olar”
“Ermənistanda gedən proseslər təkcə hakimiyyəti dəyişmədi”. Bunu politoloq İlqar Vəlizadə Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən deyib. Politoloqun fikrincə, bu proseslər həm də yeni siyasi formatların yaranmasına gətirib çıxaracaq:

“Çox güman ki, Ermənistanın yeni daxili siyasəti qurulacaq. Ancaq onu da demək lazımdır ki, indiki iqtidarı əvəz edən qrup daha radikaldır. Biz bilirik ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var. Ona görə də düşünürəm ki, Ermənistanda yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə müsbət təsir göstərməyəcək. Ermənistanda yeni hakimiyyət formalaşandan sonra daha dəqiq demək olacaq ki, hansı müsbət gözləntilərə ümid etmək olar”.

Qeyd edək ki, Ermənistanda davam edən 11 günlük aksiyalardan sonra Serj Sarqsyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.

279
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-ın şərtlərinə əməl etsə, münasibətlər normallaşa bilər”

17
(Yenilənib 14:59 23.11.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz
Mübariz Əhmədoğlu: “Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək”

ABŞ rəhbərliyi ölkəsinin təktərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana qarşı siyasətini  nəzərdən keçirərkən 4 il əvvəl Trampın hakimiyyətə gəldiyi dövrü xatırlamaq lazımdır:

“Tramp elə vəziyyət yaradır ki, Bayden hakimiyyətə gəlsə də, yeni administrasiya İranla münasibətləri normallaşdırmağa çətinlik çəksin. Bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz. Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək. O, İranın qarşısına şərt qoyacaq ki, bu ölkə qonşu dövlətlər üçün təhlükə yaratmasın. İran Baydenin şərtlərini qəbul etsə, ABŞ İranla əməkdaşlıq edə bilər”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Teqlər:
normallaşma, şərtlər, münasibətlər, İran, ABŞ
Adil Qeybulla

Professor yoluxma sayındakı artımların səbəblərini açıqlayır

39
(Yenilənib 11:00 23.11.2020)
Professor, həkim Adil Qeybulla deyir ki, virusa yoluxmuş bir şəxsin qapalı bir məkanda maskasız olması oradakı hər kəsin yoluxması üçün yetərlidir
Adil Qeybulla: “Pandemiya əleyhinə tədbirlərə ciddi riayət etmək lazımdır”

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur. Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayındakı artımların səbəbi ilə bağlı aparılan təhlillər pandemiya əleyhinə tədbirlərin pozulduğunu göstərir:

“Virusa yoluxmuş bir şəxsin qapalı bir məkanda maskasız olması oradakı hər kəsin yoluxması üçün yetərlidir. Pandemiya əleyhinə tədbirlərə ciddi riayət etmək lazımdır. Əgər tədbirlərə əməl edilsə, pandemiya ilə paralel yaşaya bilərik. Xüsusən də əhali arasında təbliğat işləri artırılmalıdır”.

39
Teqlər:
səbəb, artım, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0