Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Dövlət büdcəsindən peşə təhsilinə vəsait ayrılsa da, keyfiyyət yoxdur”

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, peşə təhsili müəssisələrində 30 mindən çox şəxs təhsil alsa da, onların əmək bazarında sayı çox aşağıdır

Kamran Əsədov: “Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil”
“İnsanlar peşə təhsili müəssisələrinə getməklə əmək bazarında daha sürətli şəkildə işlə təmin oluna bilərlər”. Bunu Azərbaycanda peşə təhsilinin vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirir ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil: “Hər il bu sahəyə dövlət büdcəsindən böyük vəsaitlər ayrılsa da, keyfiyyət yoxdur. Azərbaycanda 30 mindən çox şəxs peşə təhsili müəssisələrində təhil alır, ancaq əmək bazarında onların sayı çox aşağıdır. Peşə təhsilinin strukturunun 3 pilləli olması vacib addımdır. İlk növbədə peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Peşə təhsili müəssisələrində kadr hazırlığı əmək bazarının tələblərinə uyğun həyata keçirilməlidir”.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layihəsini III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasına təqim edib. Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli bildirib ki, qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı təklif olunan dəyişikliklər nəzərə alınıb. Millət vəkili bildirib ki, layihənin II oxunuşda müzakirələri zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb. 

Xəbər lenti
0