Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq Ermənistandakı gərginliyin nə ilə nəticələnə biləcəyindən danışır

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Ermənistanın indiki hökuməti ölkənin porblemlərini həll etmək iqtidarında deyil

İlqar Vəlizadə: “Ermənistan cəmiyyəti hazırki hökumətdən heç nə gözləmir”
“Azərbaycan ictimaiyyəti Ermənistandakı hadisələrə heç bir təsir göstərmir”. Bunu Ermənistanda bir neçə gündür davam edən aksiyalarla bağlı Sputnik Azərbaycan-a danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, bu baş verənlər Ermənistanın daxili işidir:

“Biz bu hadisələrə təsir göstərmək niyyətində deyilik. Lakin bunu qeyd etmək lazımdır ki, baş verənlər Azərbaycan üçün maraqlıdır. Çünki Ermənistanda daxili siayasi proseslərin vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir edir. Ermənistan iqtidarının siyasəti onu həm daxildə, həm də xaricdə izolyasiya olunmasına gətirib çıxarıb. Ermənistan cəmiyyəti bunu dərk etdiyi üçün vəziyyətdən çıxış yolu axtarır. Baş verənlər onu göstərir ki, Ermənistan cəmiyyəti hazırkı hökumətdən heç nə gözləmir. Ermənistanın indiki hökuməti ölkənin porblemlərini həll etmək iqtidarında deyil”.

Qeyd edək ki, artıq bir neçə gündür İrəvanda etiraz aksiyaları keçirilir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0