Müslüm İbrahimov

Ekspert: “Manatın ucuzlaşması üçün səbəb yoxdur”

123
(Yenilənib 13:29 17.04.2018)
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, manatın ucuzlaşması iki amildən asılıdır

“Bu günlərdə manatın ucuzlaşması üçün səbəb yoxdur”. Bunu türk lirəsi və rus rublunun ucuzlaşmasının manata təsirini Sputnik Azərbaycan-a şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib. Ekspert bildirib ki, manatın ucuzlaşması iki amildən asılıdır:

“Əgər inflyasiya artarsa və neftin qiyməti azalarsa, manat ucuzlaşa bilər. Hazırda neftin qiymətində eniş gözlənilmir. Ancaq inflyasiyanın artma ehtimalı var. Bu da 2018-ci ilin ortalarında ola bilər. 

Qonşu ölkələrdə valyutanın ucuzlaşması bizim üçün müsbət təsirlərə malikdir. Hazırda inflayasiyanın 4 faizlik həddə olması manatın ucuzlaşmasına təsir götərmir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

123