Vahid Qasımov - Sahil IT şirkətinin direktoru

Ekspert: "Robotlara görə insanların işsiz qalma problemi yoxdur"

140
(Yenilənib 15:04 16.04.2018)
İKT mütəxəssisi Vahid Qasımov deyir ki, insanlar əllərinə ağır alət alıb işləməkdənsə, həmin ağır aləti robota verib onu izləyəcəklər

Vahid Qasımov: "Son zamanlar intellektual sahələrə tələbat çoxalıb"
"Robotların inqilabı vaxtilə çox fantastik əsərin mövzusu olub və hələ də fantaziya olaraq qalır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında İKT mütəxəssisi Vahid Qasımov deyib. Onun sözlərinə görə, süni intellekt hələ özünü tam doğrultmur, yaradılan robotlar isə insanlar vasitəsi ilə idarə olunur.

"Bizdə sadəcə olaraq insanların kvalifikasiyası dəyişmiş olur. Əgər əvvəllər küçələri insanlar süpürürdüsə, indi maşınlar bunu icra edir. Amma həmin maşınları sürənlər yenə də insanlardır. Bu maşınlar insansız bir iş görə bilmir. Ona görə də insanların işsiz qalma problemi yoxdur", — deyə Qasımov bildirib.

Ekspertin geniş şərhini audiofaylda dinləyə bilərsiniz.

140
Пятьдесят первое заседание клуба политологов Южный Кавказ

Politoloq: “Ermənistan atəşkəsdən istifadə etməklə güc toplamaq istəyir”

30
(Yenilənib 00:51 28.10.2020)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədə həmsədrlərlə görüşünə toxunan politoloq Tofiq Abbasov deyir ki, atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik
Tofiq Abbasov: “Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”

Oktyabrın 29-da Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçiriləcək.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Cenevrə görüşündən gözləntilər böyük deyil: “Atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik. Ermənistan vəziyyətinin ağır olduğunu anlayır və çalışır ki, atəşkəsdən istifadə etməklə güc toplasın. Proseslər göstərir ki, Ermənistan danışıqlara sadiq olan tərəf deyil. Biz Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

30
Teqlər:
danışıqlar, ATƏT-in Minsk Qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Axundov: "Ermənistan nə hərbçilərinin meyitini, nə də vətəndaşlarını təhvil almaq istəyir"
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

20
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Körpə

Hərbi əməliyyatlar gedən müddətdə doğulan oğlanlara qoyulan adlar açıqlandı

0
(Yenilənib 18:55 28.10.2020)
Bir ay ərzində 41 oğlana Yusif, 41 oğlana Əli, 36 oğlana Uğur adı verilib, qız adlarında isə ilk yerlərdə Zəhra, Aylin, Məryəm yer alıb.

BAKI, 28 oktyabr — Sputnik. Son bir ayda, yəni Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşdiyi bir dövrdə dünyaya gələn körpələrə qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbqaycan-a bildirilib ki, 27 sentyabrdan 27 oktyabradək Azərbaycanda 2353 uşaq dünyaya gəlib ki, onlardan 1282 nəfəri oğlan, 1071 nəfəri qız olub. Bu müddət ərzində doğulan əkiz uşaqların sayı 28 olub.

Nazirliyin məlumatına görə, bir ay ərzində 41 oğlana Yusif, 41 oğlana Əli, 36 oğlana Uğur adı verilib.

Qız adlarında isə ilk yerlərdə Zəhra, Aylin, Məryəm adları yer alıb.

0