Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar ərzində Türkiyə, Rusiya və İranın Suriyadakı mövqeləri güclənib:
“Bu ölkələr Suriyada özlərinin hərbi infrastukturunu yaradırlar. Bu infrastrukturun qurulmasını da Bəşər Əsədin razılığı ilə həyata keçirilir. Amma ABŞ və Avropa ölkələri bundan narahatdırlar. Buna görə də, ABŞ və Fransa Suriyadakı mövqelərini gücləndirməyə başlayıb. Burada marağı olan Böyük Britaniyada proseslərdən kənarda qalmaq istəmir. Əvvəl Suriyadakı qarşıdurma müxalif qüvvələrlə hökümət qüvvələri arasında gedirdi. İndi isə vəziyyət dəyişib. Bu da dünya siyasətinə ciddi, həmçinin mənfi təsir göstərir”.
ABŞ prezidenti Donald Tramp da Suriyaya raket zərbələri endirəcəklərini bildirib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz