Adil Qeybulla, həkim

Həkim: “Ağrıkəsicilərdən uzun müddət istifadə etmək məqsəd uyğun deyil”

128
(Yenilənib 10:25 12.04.2018)
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, dərmanları həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz

“Dərman maddələrinin dövlət reysteri olmalıdır və bütün dərman preparatlarının tərkibi, əsas maddələr, dərman əlavələri haqqında məlumat yazılmalı və qutusuna qoyulmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

“Bəzi dərman maddələrinin tərkibində dərman əlavələri olur. Hansılar ki, normalda dərman kimi istifadə olunmur. Məsələn, dərmana ancaq dad verir. Bu dərman əlavələrinin içində zərərli maddələr də ola bilər. Müxtəlif boyayıcı maddələr də, ağır metal duzları və sair də. Bunlar isə orqanizmə çox zərər verir. Bunlar, əsasən, parasetamol əsaslı dərmanlardır. Bu dərmanları həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz. Ağrıkəsicilərdən uzun müddət istifadə etmək məqsəd uyğun deyil” — deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə bu ilin 1 iyun tarixindən etibarən tərkibində narkotik istehsalında istifadə edilən psevdoefedrin maddəsi olan soyuqdəyməyə qarşı dərmanlar nəzarətə götürüləcək.

Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

128