Fransa senatoru - Duranton Nicole

Fransa Senatının nümayəndəsi seçki prosesinin gedişatı haqqında məlumat verdi

169
(Yenilənib 18:25 11.04.2018)
Fransa Senatının nümayəndəsi Duranton Nicole seçkinin normal getdiyi qənaətindədir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən prezident seçkilərini müşahidə etmək üçün olan Fransa Senatının nümayəndələri Azərbaycanda səfərdədir. Seçki prosesinin gedişatı ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Fransa Senatının nümayəndəsi Duranton Nicole deyir ki, artıq iki gündür ölkədədirlər: 

“Hazırda seçkinin gedişində qeyri-adi bir hal yoxdur, hər şey qaydasındadır. Bazar günü axşam Azərbaycana gəlmişik. Azərbaycan qonaqpərvər ölkədir, burada insanları yaxşı qarşılayırlar. Burada partiya üzvləri ilə də görüşlərimiz olub”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

169