Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili: “Rusiya və Türkiyənin yaxınlaşmasından yalnız fayda götürürük”

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Zahid Oruc deyir ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi münasibətlərə zərbə vuran, ona mənfi təsir göstərən problemlərin bir çoxunun aradan qalxdığını sübut edir

Zahid Oruc: “Biz yeni qlobal toqquşmalar meydana çıxmasını arzulamırıq”
“Uzun illər atom elektrik stansiyası ilə bağlı məsələlər Rusiya-Türkiyə münasibətlərinin gündəmini tutub və bu gün əməkdaşlıq özü də müxtəlif fazalardan keçib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

“Bir çoxları hesab edirdi ki, Türkiyənin imkanlarını real şəkildə artıran, enerji məkanında onun xeyrinə işləyən bu məsələdə Rusiya sonunadək addımlar atmayacaq. Lakin Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, AES-in təməlqoyma mərasiminə qatılması və digər addımlar sübut edir ki, artıq bu münasibətlərə zərbə vuran, ona mənfi təsir göstərən problemlərin bir çoxu aradan qalxıb. Xüsusilə də Suriya məkanı o qədər ziddiyyətlərlə doludur ki, onun ətrafında yeni qlobal toqquşmalar meydana çıxa bilər. Amma biz bunu arzulamırıq. Rusiya ilə Türkiyə arasında münasibətlərin enerji, iqtisadi, siyasi və humanitar sahələrdə, həmçinin beynəlxalq, regional təhlükəsizlik problemlərin həllində yaxınlaşmasından, əməkdaşlığın həyata keçirilməsindən biz yalnız fayda götürürük. Bizim mənafelərimiz bunu tələb edir”, — deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin Akkuyu bölgəsində 4800 MW gücündə 4 vahid nüvə reaktoru inşa ediləcək. Akkuyu AES-in təməlqoyma mərasiminə video-konfrans vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin qatılıb.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0