Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Ərəb kapitalının Azərbaycana marağı var”

© Photo : Facebook / natig.jafarliЭксперт-экономист Натик Джафарли
Эксперт-экономист Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərir

Natiq Cəfərli: “Azərbaycanın ÜTT-yə qəbul olunması vacibdir”
“Yeni İnvestitsiyalar yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar deməkdir”. Bunu ərəb investisiyalarının Azərbaycandakı perspektivlərini  Sputnik Azərbaycan-a şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“İstənilən ölkə daha çox investisiya cəlb etməyə çalışır. Körfəz ölkələrindən olan biznes strukturlar son 15-20 ildə dünyada aqressiv şəkildə investisiyalar qoyurlar. Azərbaycan da çalışır ki, bura həmin yatırımların bir qismi cəlb olunsun. Ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərirlər. Amma külli miqdarda ərəb kapitalının yaxın zamanda Azərbaycana gələcəyi şübhə doğrur. Çünki xarici kapitalın Azərbaycanda fəaliyyətinin oyun qaydaları ilə bağlı oturuşmuş bir fikir yoxdur. Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün iki şərtə ehtiyac var. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması vacibdir”, — deyə o bildirib. 

Qeyd edək ki, mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0