Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Suriya hökumətinə qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır”

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Suiryada dinc əhaliyə qarşı kimyəvi silahın tətbiq olunması birinci dəfə deyil

Fikrət Sadıxov: “Beynəlxalq təşkilatlar öz mövqeyini bildirməlidirlər”
Suriyada kimyəvi silahdan istifadə olunmaqla hücumun törədilməsinə dair xəbərlər yayıldıqdan sonra doqquz ölkə BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılması tələbini dəstəkləyib. Bu barədə Böyük Britaniyanın daimi nümayəndəliyi “Tvitter” hesabında yazıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu ölkədəki hazırkı vəziyyət mürəkkəb və ziddiyyətlidir: “Dinc əhaliyə qarşı kimyəvi silahın tətbiq olunması birinci dəfə deyil. Bu məsələdə biganəlik nümayiş etdirmək olmaz. Əgər kimyəvi silahlardan istifadə edən Suriya hökümətidirsə, ona qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır. Bu məsələ araşdırılmalıdır və obyektiv yanaşma olmalıdır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr bu məsələyə öz mövqeyini bildirməlidirlər”. 

Qeyd edək ki, ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0