Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Azərbaycanda dollarlaşmanın azalmasına təsir edən amillər var”

© Sputnik / Murad Orujovİqtisadçı Ruslan Atakişiyev
İqtisadçı Ruslan Atakişiyev - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyir ki, dollarlaşmanın azalmasına səbəb olan amillərin güclənməsi bu prosesi daha da sürətləndirir

Ruslan Atakişiyev: “Vəsaitlərin nağdlaşdırılması dollarlaşmaya gətirib çıxarır”
“Azərbaycanda dollarlaşmanın səviyyəsi tədricən azalacaq”. Bu barədə mətbuata açıqlamasında Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda dollarlaşmanın azalması və yaxud da sürətlə zəifləməsinə təsir edə biləcək bir neçə amil mövcuddur: 

“Bu amillər də gücləndikcə, prosesi daha da sürətləndirir. Bunlardan birincisi milli valyutaya olan inamın güclənməsidir. İkincisi isə, ölkədə “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqindən irəli gələn məsələlərdir.  Şirkətlər arasında iri mübadilələrin əksəriyyətinin nağdsız həyata keçirilməsi öz növbəsində milli valyutada olan əməliyyatların həcmini artırır. Çünki vəsaitlərin daha çox nağdlaşdırılması sonradan onun dollarlaşmasına gətirib çıxarırdır. Bu da prosesə təsir imkanlarını artırır. Bu amillərin davamlı olması milli valyutanın möhkəmlənməsinə gətirib çıxaracaq” — deyə o bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0