Adil Qeybulla, həkim

Professor ölkəmizə gətirilən dərmanların keyfiyyət problemindən danışır

298
(Yenilənib 02:26 08.04.2018)
Professor Adil Qeybulla deyir ki, dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının bir hissəsi olmalıdır

Müxtəlif zamanlarda ölkəmizdə satılan dərmanların qiymətlərinin yüksək, keyfiyyətinin aşağı olması barədə informasiyalar yayılır. Əsas səbəb kimi də dərmanların müalicə zamanı təsirsiz olması göstərilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, Avropa dərmanları yüksək texnologiya ilə istehsal olunduğu üçün daha bahadır: 

“Eyni zamanda Avropada işçi qüvvəsi baha olduğu üçün dərmanlar baha qiymətə satılır. Amma ölkəmizə üçüncü dünya ölkələrində istehsal edilən dərmanlar da gətirilir. Bunlara da pis dərmanlar demək olmaz. Onlarda işçi qüvvəsi ucuz olduğu üçün orada dərmanlar daha ucuz başa gəlir. Azərbaycanda satılan elə dərmanlar var ki, heç istehsal edildiyi ölkə də o dərmanı tanımır. Bu iş tamamilə kökündən dəyişməlidir. Dərmanları ayrı-ayrı firmaların ixtiyarına buraxmaq olmaz. Dərmanları istehsal edən firma ilə Azərbaycan dövləti arasında müqavilə olmalıdır. Dərman təhlükəsizliyi konsepsiyası da milli təhlükəsizlik konsepsiyasının bir hissəsi olmalıdır. Bu cür yanaşmalar təbii ki, dərman bazarının qaydaya düşməsinə səbəb olar”.

Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

298