Müslüm İbrahimov

Ekspert: “Güzəştli mənzillər bazardakı qiymətlərə təsir edəcək”

190
(Yenilənib 14:12 07.04.2018)
İqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycanda yığılmış vəsaitlər əsasən mənzil alınması üçün istifadə olunur

Müslüm İbrahimov: “Bazarda hər hansı güzəştin olması trendi dəyişir”
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, güzəştli mənzillərin satışına başlanması mənzil bazarındakı qiymətlərə təsir edəcək:

“Bu təsir özünü yeni tikililərdə deyil, əsasən köhnə mənzillərin qiymətində göstərəcək. Bu gün onu nəzərə almalıyıq ki, yığılmış vəsaitlər əsasən mənzil alınması üçün istifadə olunur. Mənzil bazarında güzəştlərin olması ümumi maraqlara daxildir. Bu bazarda hər hansı güzəştin olması trendi dəyişir”.

Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

190

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

12
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Düsen Kaseinov, arxiv şəkli

Düsen Kaseinov:“Dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

12
(Yenilənib 10:02 19.01.2021)
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək
Düsen Kaseinov:“Dağıdılmış irsimizin qısa zamanda bərpa ediləcəyinə inanıram”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında  Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.

“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.

Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Qubada qar yağır, sakinlər isə şəhidlər xiyabanına axışır

0
(Yenilənib 14:34 20.01.2021)
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

 

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.

Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.

0