Sahib Alıyev

Millət vəkili: “Gürcüstanda əmin-amanlığın olmasında Azərbaycanın rolu var”

95
(Yenilənib 15:15 06.04.2018)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyir ki, bu, regionda ancaq əmin-amanlığa xidmət edən üçtərəli bir ittifaqdır

Sahib Alıyev: “Bu əməkdaşlıq regionda əmin-amanlığa xidmət edir”
“Azərbaycan region və qeyri-region ölkələri üçün bir növ təhlükəsizlik ixracatçısı rolunu oynayır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

“Gürcüstanda hazırkı əmin-amanlığın olmasında Azərbaycanın az rolu yoxdur. Həm qoyulan yatırımlarla, həm enerji daşıyıcılarının Gürcüstan üzərindən getməsində, həm də çətin anlarda onlara kömək edilməsində ölkəmizin rolu göz önündədir. Hərbi müstəvidə də üçtərəfli əməkdaşlıq ilk növbədə hər üç ölkənin təhlükəsizliyini təhdid edən bir sıra faktorların qarşısını almaq, öhdəsindən gəlmək baxımından önəmlidir. Bu, regionda ancaq əmin-amanlığa xidmət edən üçtərəli bir ittifaqdır” — deyə o bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyənin Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

95
Rəşad Məcid

Baş redaktor: “İctimaiyyət daha çox fəxri adlarla bağlı məsələyə diqqət yetirir”

15
(Yenilənib 10:06 22.09.2020)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, fəxri adlar məsələsində ən çox narazılıq doğuran məqam müğənnilərin, şou-biznes nümayəndələrinin layiq olmadıqları halda təltif olunmasıdır
Rəşad Məcid: “Cəmiyyətdə fəxri adların ləğvinin tərəfdarları var”

Gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədilə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsini təklif edirik. Bu mexanizmdə konkret meyarlar tərtib olunacaq. Bu fikirləri jurnalistlərə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Sputnik Azərbaycan-a deyir ki, ümumiyyətlə mədəniyyət sahəsində yeni konsepsiyanın hazırlanması, idarəetmə formasında dəyişikliklərin aparılması bir neçə müddətdir müzakirə edilir:

“İctimaiyyət daha çox fəxri adlarla bağlı məsələyə diqqət yetirir. Təklif olunan variantı məqbul hesab etmək olar. Fəxri adlar məsələsində ən çox narazılıq doğuran məqam müğənnilərin, şou-biznes nümayəndələrinin layiq olmadıqları halda təltif olunmasıdır. Amma eyni zamanda cəmiyyətdə fəxri adların ümumiyyətlə ləğvinin tərəfdarları da var”.

Rəşad Məcidin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

15
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi

Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"

95
(Yenilənib 09:45 21.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar
Samir Dübəndi: “Təşəbbüsün tezliklə reallaşmasını istərdik”

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Türkiyə uzun illərdir belə bir müştərək təşkilatın yaradılmasının təşəbbüskarı olub:

“Keçmiş SSRİ-dən ayrılıb müstəqillik qazanmış ölkələr də müştərək turizm marşrutları işləyib tətbiq edə bilərlər. Xüsusən də Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar. Zamanla tətbiq olunacaq marşrutun əhatə dairəsinin genişlənməsi türk mədəniyyətinin daha uzaq regionlarda tanınmasına imkan yaradar. Təşəbbüsün tezliklə realizasiya olunmasını istərdik”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Dayanacaqda pikaplar, arxiv şəkli

Daxili İşlər Nazirliyi "Pikap"ların yığılması məsələsinə aydınlıq gətirdi

79
(Yenilənib 13:29 22.09.2020)
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

BAKI, 22 sentyabr — Sputnik. "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılmasının səbəbləri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

"Pikap" tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.

79