Натик Джафарли

Ekspert: “ABŞ Çin arasında gərginlik dünya ticarətinə zərbə vuracaq”

134
(Yenilənib 11:26 06.04.2018)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsinə səbəb ola bilər

ABŞ Avropa Birliyi (AB) və Yaponiya ilə birlikdə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çinə qarşı iddia ilə müraciət edəcək.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar: 

“Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalağavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.

Qeyd edək ki, Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələri ABŞ əleyhinə birləşməyə çağırıb. 

134