Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Üçtərəfli hərbi əməkdaşlıq regionumuz üçün vacidir”

© Photo : APATərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli - Sputnik Azərbaycan
Abunə olmaq
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, dünyada artan terrorizm və seperatizm meylləri ilə mübarizə üçün bu əməkdaşlıq əhəmiyyətlidir

Emin Həsənli: “Üçtərəfli əməkdaşlıq dünyada sülhün təminatına yönəlib”
Martın 31-də Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib. Görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkə uzun müddətdir əməkdaşlıq edir: 

“Regionun təhlükəsizliyi bu ölkələr üçün çox əhəmiyyətlidir. Dünyada terrorizm və seperatizm meylləri güclənib. Bu ölkələr də bundan əziyyət çəkib. Ona görə də bu ölkələr bu məsələlərlə mübarizə üçün əməkdaşlığı qarşılarına məqsəd qoyublar. Üçtərəfli əməkdaşlıq dünyada sülhün təminatına yönəlib. Ona görə də bu əməkdaşlıq regionumuzda sülhün və təhlükəsizliyin qorunması üçün vacibdir”.

Hərbi ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0