“Aprelin 8-də yeni lirik-dram janrında yazılmış “Tənhalığın dörd mövsümü” adlı romanımı oxuculara təqdim edəcəm. Romanda baş verən hadisələrin dinamikliyi, sujet xəttinin rəngarəngliyi ilə oxucuların marağına səbəb olacağına inanıram. Qeyd edim ki, kitab Azərbaycan dilində olacaq. Bu janrda yazılan əsərlər çox olsa da, mən bu janrda bir balaca qeyri-adi üsluba müraciət etmişəm. Payızda yeni kitabın hazırlanması üçün işlər görülür. Tezliklə oxucularım “playstore”dən ingilis və rus dillərinə tərcümə olunmuş kitablarımı yükləyib oxuya biləcəklər. Bu da Azərbaycanda bir yenilik olacaq”, — deyə o bildirib.
Yazıçı Fərid Nəsibzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz