Onun sözlərinə görə, İlham Əliyev tələsmir – o, öz ölkəsinə inanır, infrastrukturla və uzun müddətli layihələrlə hərtərəfli məşğul olur.
"Azərbaycan üçün lider mütləqdir. Hesab edirəm ki, belə bir liderə malik olduqlarına görə azərbaycanlıların bəxtləri çox gətirib — o tələsmir, lakin vaxtı da əldən vermir, bu isə çox əhəmiyyətlidir. O, öz ölkəsini, öz gəmisini çox əmin bir kursla aparır, çətinlik və maneələrdən keçirir. Heç də bütün gənc dövlətlər bu maneələri Azərbaycan kimi ağrısız keçə bilmir.", — deyə Kiselyov bildirib.
"Rossiya seqodnya" BİA-nın rəhbərinin geniş şərhini audiofaylda dinləyə bilərsiniz.
“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:
“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.
Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.
Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.
“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.
Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 20 yanvar — Sputnik. Qax rayonunun öz əsrarəngiz təbiəti ilə seçilən tarixi Sarıbaş kəndinə qar yağıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağan qar onsuz da yolu olmayan dağ kəndinə gediş-gəlişi mümkünsüz edib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü ən çox Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Hazırda həmin bölgədə qarın hündürlüyü 45 sm-i ötüb. Ötən gündən başlayan qar yağışı hələ də davam edir.