Mübariz Əhmədoğlu, politoloq

Politoloq İranla münasibətlərin strateji tərəflərini açıqladı

60
(Yenilənib 10:53 30.03.2018)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, İran Prezidenti Həsən Ruhaninin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam mövqe bildirməyə səlahiyyəti çatmır

“İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İran prezidenti Həsən Ruhani ilə geniş tərkibdə görüşündə deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan ərəb dövlətlərinin İranla münasibətlərinin yaxşılaşmasında müəyyən rol oynayacaq: 

“Bu baxımdan iki ölkə arasındakı siyasi münasibətlər yüksək səviyyədədir. Ancaq bununla yanaşı İran fərqli idarəetmə sisteminə malik ölkədir. Burada ali dini lider prezidentin qərarlarını ləğv edə bilər. Buna görə də İran Prezidenti Həsən Ruhaninin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam mövqe bildirməyə səlahiyyəti çatmır. İranda müəyyən bir qrup var ki, onlar ermənilərə dəstək verirlər. Ona görə də Ruhaninin burada münaqişə ilə bağlı dedikləri ehtiyyatlı fikirlərdir. Bununla belə bütün hallarda İranla Azərbaycan münasibətləri çox yaxşıdır. İnanıram ki, Ruhaninin hakimiyyətdə olduğu dövrdə bu münasibətlər daha da inkişaf edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

60