İradə Yaqubova

İradə Yaqubova: “Bu dəfəki seçkilərdə iştirak fəallığı yüksək olacaq”

44
(Yenilənib 13:15 28.03.2018)
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova rəy sorğusunun nəticələrini açıqladı

“ELS — Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə bu ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondent arasında rəy sorğusu keçirib.

“ELS — Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova Sputnik Azərbaycan-a deyir ki, respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilən rəy sorğusu 18 və yuxarı yaş kateqoriyasında əhali qrupunu əhatə edib:

“Respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. 9,2%-i isə hələ seçim etmədiklərini söyləyiblər. Sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, ölkədə aparılan daxili və xarici siyasətə tam dəstək var. Seçkilərdə iştirak fəallığı yüksək olacaq və birmənalı olaraq demək olar ki, seçicilərin böyük əksəriyyəti namizəd İlham Əliyevi dəstəkləməyi özü üçün müəyyən edib”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

44