“İstifadə olunmayan etibarnamələr ləğv olunmalıdır. Bu gün yüzminlərlə sürücü etibarnamə ilə avtomobil idarə edir. Hər hansı problem olduğu zaman da problemi mülkiyyətçi yaşayır. Avtomobil hər hansı şəxsin adınadır, amma faktiki olaraq maşını etibarnamə ilə sürən insan idarə edir. Cərimənin həm avtomobilin sahibinə, həm də etibarnamə ilə idarə edən şəxsə getməsi məsələsi isə qanunsuzdur. Polis iki şəxsi bəzi məqamlarda cərimə edə bilər. Məsələn, sürücülük hüququ olmayan şəxsə avtomobilini idarə etməyə verdiyi zaman həm avtomobil sahibi cərimə olunur, həm də sürücülük hüququ olmayan şəxs” — deyə o bildirib.
Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz