Politoloq Arzu Nağıyev

Politoloq Cənubi Qafqazın yeni regional güc mərkəzinin əhəmiyyətini izah edir

84
(Yenilənib 15:30 26.03.2018)
Arzu Nağıyev deyir ki, Ermənistan bu formatdan təcrid olunduğuna görə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir sıra addımlar atıla bilər

“Yeni yaranmış bu format regional əməkdaşlıq üçün çox vacibdir”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə, Gürcüstan və İrandan olan həmkarları ilə dördtərəfli görüşdə deyib.   

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Cənubi Qafqazda belə bir dördlü formatın yaranması çox vacibdir: 

“Bəzi KİV-lər bunu Azərbaycanın Ermənistana qarşı de-marşı kimi qiymətləndirirlər. Ermənistanın bu formatdan təcrid olunması öz problemidir. Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistan bu formata daxil ola bilməz. Ümumilikdə xarici işlər nazirlərinin Bakıda keçirilən bu görüşü təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Bu dörd tərəfli formatda keçirilən ilk görüşdür. Ermənistan bu formatdan təcrid olunduğuna görə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir sıra addımlar atıla bilər. Bu həm də Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, bir sıra iri layihələrdə iştirakına da yol aça bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

84