Endokrinoloq Samir Şükürov

Həkimdən iddia: “Liliputluğun müalicəsi mümkündür”

269
(Yenilənib 09:58 25.03.2018)
Endokrinoloq Samir Şükürov deyir ki, boy hormonunun əskikliyi daxili orqanların fəaliyyətinə mane ola bilir

Dünyada çox sayda insanın əziyyət çəkdiyi xəstəliklərdən biri də boy hormonunun çatışmazlığıdır (liliputluq). 

Endokrinoloq Samir Şükürov Sputnik Azərbaycan-a deyir ki, bu xəstəliyin yaranma səbəbi boy hormonunun əskikliyi, eyni zamanda genetik də ola bilir: 

“Yəni nəsildə bir nəfərdə boyun həddindən artıq kiçik olması belə xəstəliyin genetik olaraq uşağa keçməsinə səbəb ola bilər. Xəstəlik aşkarlandıqda sümük böyümə zolağı bağlanana qədər müalicəsi aparıla bilər. Boy hormonunun əskikliyi tək boyun balaca qalmasına səbəb olmur, eyni zamanda sümüklərin inkişafına və digər daxili orqanların inkişafında ləngimələrə səbəb olur, fəaliyyətinə mane ola bilir”.

269