Эксперт-экономист Натик Джафарли

Ekspert: “Azərbaycan Gürcüstana ixracın artırılması üçün addımlar atmalıdır”

131
(Yenilənib 13:31 13.03.2018)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, hər il real iqtisadiyyatda istehsal olunan məhsulların Gürcüstandan Azərbaycana idxalı da artır

Natiq Cəfərli: “Azərbaycan Gürcüstanda ən böyük investordur”
“Azərbaycanın çoxşaxəli iqtisadi əlaqələrinin olduğu ölkələrdən biri Gürcüstandır”. Bunu Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin hazırkı vəziyyətini Sputnik Azərbaycan-a şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Gürcüstan böyük layihələrimizin Qərb istiqamətinə çıxışı üçün dəhlizdir. Bizim neft, qaz, dəmiryolu layihələrimiz Gürcüstan üzərindən keçir. Buna görə təbii olaraq iqtisadi əlaqələrimizin genişlənməsi ildən-ilə artır. Azərbaycan Gürcüstanda ən böyük investordur. Bu günə qədər Gürcüstana qoyulan investitsiyanın həcmi milyardlarla ölçülür. Bununla yanaşı hər il real iqtisadiyyatda istehsal olunan məhsulların Gürcüstandan Azərbaycana idxalı da artır. İndi bu balansı da dəyişmək lazımdır. Azərbaycan real sektorda istehsal olunan məhsulların Gürcüstana ixracının artırılması üçün addımlar atmalıdır”, — deyə o bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

131
Ekspert  İlqar Orucov

Ekspert: "Qəbul imtahanlarında yumşalmaların olması arzu olunan idi"

4
(Yenilənib 19:11 25.09.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi
İlqar Orucov: “İmtahanları taleyi ilə bağlı narahatlıqlar var idi”

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, builki qəbul imtahanları qeyri-ənənəvi dövrə təsadüf etdi:

“Pandemiyanın davam etməsi səbəbindən imtahanları taleyi ilə bağlı narahatlıqlar var idi. Amma DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi. Düşünürəm ki, pandemiyanın insanlarda yaratdığı gərginliklə bağlı olaraq yumşalmaların olması arzu olunan idi, ancaq DİM bunu etmədi”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”

42
(Yenilənib 15:53 24.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib
Samir Dübəndi: “Şəhər otelləri pandemiya zamanı çətinliklər yaşadı”

“Hətta sərt karantin dövründə belə otellərin fəaliyyətinə qadağa qoyulmamışdı. Otellər məcburiyyət qarşısında qalıb fəaliyyətini dayandırmışdı”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycan turizmi son illər gəlmə turizmi istiqamətində uğurlar qazanıb:

“Lakin pandemiya şəraitində bu mümkün olmadığı üçün turizm sektoru ziyan çəkib. Xüsusən də şəhər otelləri bu baxımdan çətinliklər yaşayır. Sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib. Uzun müddət sərt karantin rejimində yaşamış insanlar istirahət zonalarına üz tuturlar. Məhdudiyyətlərin götürülməsi başa çatmış yay mövsümünü turizm üçün bir qədər də uzatdı. Ona görə də hazırda həftə sonları bölgələrdə yerləşən turizm mərkəzlərində boş yerlər tapmaq çətindir”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

42
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

0
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

0
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır