Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kinorejissor: “Kinomuzun uğurlarından danışmaq hələ tezdir”

© Photo : Facebook / xalerikusKinorejissor Elxan Cəfərov
Kinorejissor Elxan Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Kinorejissor Elxan Cəfərov deyir ki, Azərbaycan kinosu sonuncu inkişaf mərhələsindədir

Elxan Cəfərov: ““Oskar” haqqında danışmaq tezdir”
Azərbaycan filmləri davamlı olaraq beynəlxalq müsabiqələrdə iştiraka təqdim edilir. Buna baxmayaraq kino sahəsində elə də ciddi uğurumuz yoxdur. Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan kinosu inkişaf dövrünü yaşayır:

“Bu günlərdə “Oskar” haqqında danışmaq tezdir. Azərbaycan kino sənayesi tam formalaşdıqdan, normal vəziyyətə gəlib-çatdıqdan sonra “Oskar” haqqında danışmaq olar. Onu da nəzərə almaq lazımdır ki, “Oskar” müəyyən məqamlarda siyasi mesajlar daşıyır. Demək olmaz ki, kinomuz sonuncu inkişaf mərhələsindədir. Hələ qarşıda 3-4 vacib mərhələ dayanıb. Onları keçdikdən sonra böyük festivallar haqqında danışmaq olar ”.

Qeyd edək ki, ən məşhur və nüfuzlu kino mükafatı olan “Oskar”Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının 90 illik yubiley mərasimində, martın 4-də Los-Ancelesin  Dolbi Teatrında (Dolby Theatre) təqdim ediləcək. 

Xəbər lenti
0