Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Professor rus dilli təhsilə marağın artmasının səbəblərini açıqladı

© Photo : STRƏjdər Ağayev, təhsil eksperti
Əjdər Ağayev, təhsil eksperti - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyir ki, rus dilinin beynəlxalq dil olması ona marağı artırır

Əjdər Ağayev: “Valideynlərin özlərinin də rus dilli təhsilə marağı artıb”
Bakıda elə məktəblər var ki, orada rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva deyib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda rus bölməsində təhsil almağa marağın artmasının bir neçə səbəbi var: 

“Rus dilinin beynəlxalq dil olması ona marağı artırır. Digər tərəfdən, təlim rus dilində olan məktəblərdə və siniflərdə nizam-intizamın səviyyəsi yüksək olur. Orada dərs deyən müəllimlərin keyfiyyəti də müəyyən dərəcədə fərqlənir. Valideynlərin özlərinin də marağı artıb. Bu da önəmli amildir”. 

Xəbər lenti
0