Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yadigar Məmmədli beynəlxalq multikulturalizm qış məktəbinin əhəmiyyətindən danışır

© Sputnik/Fuad HasanovYadigar Məmmədli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi
Yadigar Məmmədli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli deyir ki, tələbələr Azərbaycan Multikulturalizmi fənni vasitəsilə mədəniyyətimiz, ədəbiyyatımız, tariximiz haqqında bilgilərə sahib olurlar

Yadigar Məmmədli: “Bu layihənin həyata keçirilməsi bizim üçün əhəmiyyətlidir”
“Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə uğurla yekun vurulub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli Sputnik Azərbaycan-a deyir ki, bu, bizim uğurlu layihələrimizdən biridir: 

“Sonuncu layihəmizdə 16 ölkədən 30-a yaxın tələbə iştirak edirdi. Bu layihənin əhəmiyyəti odur ki, iştirakçı ölkələrdə Azərbaycan Multikulturalizmi fənni tədris olunur. Tələbələr həmin fənn vasitəsilə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi haqqında bilgilərə sahib olurlar. Həmçinin bu yay və qış məktəbləri vasitəsilə əldə etdikləri nəzəri bilikləri gəlib görmək şansı qazanırlar. Bu bizim üçün də əhəmiyyətlidir. Çünki dövlətimizin imicinin formalaşması üçün bu biliklərin yayılmasına ehtiyacımız var”.

Xəbər lenti
0