Mübariz Əhmədoğlu, politoloq

Politoloq həmsədrlərin narahatlığının səbəblərini açıqladı

138
(Yenilənib 13:46 13.02.2018)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, həmsədrlər indiki məqamda qoşunların təmas xəttində gərginliyin azaldılmasını önə çıxarırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, həmsədrlər Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkilərinə görə danışıqların təxirə salınmasından narahatdırlar: 

“Ona görə də indiki məqamda qoşunların təmas xəttində gərginliyin azaldılmasını önə çıxarırlar. Həmçinin həmsədrlər münaqişə zonasında yeni monitorinqlər aparmağa hazırlaşırlar. Onların işğal olunmuş bəzi rayonlara səfərlərini bu prosesə hazırlıq kimi anlamaq olar. İşğal olunmuş ərazilərdə monitorinqlərin keçirilməsi ümumilikdə vəziyyət barədə aydın təsəvvür yaradacaq”.

138