CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sona Vəliyeva: “Cavid xoşbəxt sənətkardır”

© Sputnik / Murad OrujovMilli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Yazıçı-publisist, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyir ki, Cavid heç zaman sosialist ideologiyasını qəbul etməzdi

Sona Vəliyeva: “Biz Cavidə qayıtmaqla özümüzə qaydırıq”
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-publisist, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva görkəmli şair haqqında fikirlərini bölüşüb: 

“Cavid xoşbəxt sənətkarlardandır ki, ona qədir-qiymət verən belə bir böyük xalqı var. O, bəşəri idealarla yaşayırdı. Onun kimi şəxsiyyətləri mühit yetişdirir. Cavid sözün əsl mənasında övliya idi. Onun yaradıcılığının bütün sahələrində məfkurə hakimliyi var idi. Cavid heç zaman sosialist ideologiyasını qəbul etməzdi. Bu gün bizim Cavidə qayıdış səbəbimiz budur. Çünki biz Cavidə qayıtmaqla özümüzə qaydırıq”.

Xəbər lenti
0