Vüqar Bayramov

Bayramov: “Ələt azad iqtisadi zonası üçün əlavə qanun qəbul ediləcək”

168
(Yenilənib 10:39 02.02.2018)
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bu iqtisadi zona regionda olan digər belə zonalardan fərqlənir

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaq.

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, Ələtdə yaradılacaq iqtisadi zona regionda olan digər belə zonalardan fərqlənir: 

“Əsas fərq ondan ibarətdir ki, bu zona ilə bağlı əlavə qanun qəbul ediləcək. Həmin zonada təklif ediləcək güzəştlər ayrıca qanunla tətbiq ediləcək. Bu investitsiyaların qorunması və xarici investitsiyanın cəlb edilməsi baxımından vacibdir”.

168