Təranə Xudabaxşiyeva

Xudabaxşiyeva: “Azərbaycanda qadınların idmana marağı böyükdür”

191
(Yenilənib 10:50 01.02.2018)
Taekvondo üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva deyir ki, Azərbaycanın idman ölkəsi olması özünü bu cəhətdən göstərir

Təranə Xudabaxşiyeva: “Qadınların idmanla məşğul olması ölkəmizin uğurudur”
“Son illər Azərbaycanda qadınların idmana maraq göstərməsi sevindirici haldır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında taekvondo üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva deyib.

“Azərbaycanın idman ölkəsi olması özünü bu cəhətdən də göstərir. Bir neçə il öncə idman zallarında qadın tapmaq müşkül məsələ idi. Ancaq indi vəziyyət çox dəyişib. Bütün zallarda kişilərlə yanaşı qadınlar da məşq edir”, — o deyib.

191
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Turizmin bərpası üçün hansı işlər görüləcək - Fuad Nağıyev açıqladı

20
(Yenilənib 10:48 04.06.2020)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq
Fuad Nağıyev: “Xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”

“Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

“Azərbaycan turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır. Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”, – deyə Fuad Nağıyev bildirib.

Fuad Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Mübariz Əhmədoğlu, politoloq

ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi politoloq şərhi

81
(Yenilənib 00:03 03.06.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir
Mübariz Əhmədoğlu: “Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir”

ABŞ Prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hökumətin bütün resurslarının səfərbərliyini elan edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da baş verənlərə təkcə bu günün hadisəsi kimi baxmaq doğru deyil: “ABŞ-ın tarixində hər zaman “ağlar” və “qara”ların qarşıdurması olub. Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir. Özünü demokratiyanın qoruyucusu və beşiyi adlandıran ölkədə belə proseslərin baş verməsi diqqət mərkəzindədir. Bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir. Bu isə hazırda ABŞ üçün çox qəliz vəziyyət yaradıb”.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

81
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, arxiv şəkli

Bu, ikinci dalğa deyil, sabahkı icazəni bayram etməyin - Ramin Bayramlı

0
(Yenilənib 17:33 04.06.2020)
"Sərt karantin rejimindən çıxan zaman statistik göstəricinin gözləmədiyimiz istiqamətdə getməyinin şahidi oluruq"

BAKI, 4 iyun — Sputnik. “Yumşalma barədə qərara epidemioloji durum imkan verirdi”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Operativ Qərargahın tibbi bölməsi tərəfindən çoxsaylı tibbi-metodik göstərişlər hazırlansa da, bu göstərişlərə əməl edilməyib: “Bu, ikinci dalğa deyil. Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik. Sərt karantin rejimindən çıxan zaman statistik göstəricinin gözləmədiyimiz istiqamətdə getməyinin şahidi oluruq”.

Посмотреть эту публикацию в Instagram

4 iyun, 2020-ci il tarixinə olan rəsmi məlumat

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

R.Bayramlı nəzərə çatdırıb ki, həftənin cümə günü dövlət qurumlarında qısaldılmış iş günü tətbiq olunacaq:

“Cümə günü dövlət müəssisələri saat 2-yə kimi işləyəcək. Ancaq insanlar bunu bayram etməsinlər. Bu, insanların restoranlara, əyləncə mərkəzlərinə axın etməsi üçün deyil, onlar ərzaq ehtiyaclarını təmin etsinlər. Özəl müəssisələrə də iş saatlarını saat 14.00-a qədər bitirməyi tövsiyə edirik”.

“Apteklərin bağlanması ilə bağlı bu günlərdə vətəndaşlar zəruri dərman ləvazimatlarını əvvəldən ala bilərlər", - deyən R.Bayramlı bildirib ki, ancaq təcili hallar olarsa, bununla bağlı təcili tibbi yardım briqadaları vasitəsilə həmin şəxslərə xidmət göstəriləcək.

“Gələcəkdə həftə sonları və bayram günlərində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib”, - deyə TƏBİB sədri bildirib.

O qeyd edib ki, tək həftə sonu qapanma xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli deyil: “Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq olunacaq: saatı açıqlandı
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı