İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

Toğrul: “Gömrük vergi sisteminin birləşdirilməsi doğru addım olardı”

141
(Yenilənib 11:38 29.01.2018)
İqtisadçı-ekspert Qalib Toğrul deyir ki, bu sahədə Gürcüstandakı təcrübəni tətbiq etsək, dövlət büdcəsindən idarəetmə xərclərinə ayrılmış vəsaitlərə qənaət etmiş olarıq

Qalib Toğrul: “Bəzən iki qurum arasında müəyyən ziddiyyətlər ortaya çıxır”
“Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birləşməsini idarəetmə baxımından islahat hesab etmək olar”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Qalib Toğrul deyib. 

“Bu zaman vəsaitə qənaət etmək mümkündür. Yəni idarəetmə ilə bağlı dövlətin xərclərini azaltmaq olar. Bu, həm də müəyyən ziddiyyətlərin aradan qalxmasına səbəb olar. Yəni idarəetmənin təkmilləşdirilməsinə, səmərəli həyata keçirilməsinə səbəb olar”, — deyə o bildirib.

141
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

88
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

88
Politoloq Ramiyə Məmmədova

Politoloq: “Türkiyənin aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir”

313
(Yenilənib 10:23 26.09.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Aralıq dənizində Türkiyənin ən güclü olduğu yer Kiprdir:

“Türkiyə adada hərbi baza yaratmağa çalışır və yunan Kipri ilə hər hansı birləşmənin tərəfdarı deyil. Bu gün Türkiyənin Aralıq dənizindəki aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir. Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir. Əgər Avropa Birliyi sanksiya tətbiq edərsə, bu Türkiyəyə ziyan vura bilər”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

313
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, siyasət, gərginlik, Aralıq dənizi, Kipr, Yunanıstan, Türkiyə
Əlaqədar
Yunanıstandan Türkiyəyə növbəti hədə
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Makron Aralıq dənizində baş verənlərə görə Türkiyə və Rusiyanı ittiham etdi
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

0
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Baxacağıq görək, zorakılığı dayandıra biləcəyikmi.

Sputnik Azərbaycan bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunu çox diqqətlə izləyirik. Bizim həmin regionda yaxşı münasibətlərimiz var. Baxacağıq görək, onu (gərginliyi) azalda bilirikmi”, - Tramp bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
Donald Tramp, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur